Trampdan gözlənilməz açıqlama: Türkiyəyə F-35 satışı yenidən gündəmdə! – VİDEObackend

Trampdan gözlənilməz açıqlama: Türkiyəyə F-35 satışı yenidən gündəmdə! – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 döyüş təyyarələrinin mümkün satışı ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, Vaşinqton bu məsələni ciddi şəkildə dəyərləndirir.

“Biz bu barədə çox ciddi düşünürük. Mən söz verirəm ki, bu təyyarələr heç vaxt İsrailə qarşı istifadə olunmayacaq”, – deyə Tramp qeyd edib.

ABŞ liderinin bu açıqlaması Ankara–Vaşinqton münasibətləri və Türkiyənin F-35 proqramına mümkün qayıdışı fonunda diqqət çəkir. Məsələ ilə bağlı yekun qərarın hansı istiqamətdə olacağı isə hələlik açıqlanmayıb.