ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı əldə olunması planlaşdırılan razılaşma barədə açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, bu sazişi ABŞ üçün son dərəcə uğurlu və strateji əhəmiyyətli adlandırıb.
Trampın sözlərinə görə, razılaşma Vaşinqtonun əsas maraqlarını tam şəkildə təmin edir:
“Bu, həqiqətən fantastikdir. ABŞ istədiyi hər şeyi əldə edir, o cümlədən real milli təhlükəsizliyi və beynəlxalq təhlükəsizliyi”.
O, həmçinin bildirib ki, Qrenlandiya ilə bağlı razılaşma müddətsiz xarakter daşıyacaq. Bununla belə, sazişin detalları hələ də müzakirə və işlənmə mərhələsindədir.
Qeyd edək ki, Qrenlandiyanın geostrateji mövqeyi və zəngin təbii resursları ABŞ üçün uzun müddətdir xüsusi maraq doğurur.
Aliyə













