Trampdan Venesuela ilə bağlı ŞOK ETİRAF – “Neftə görə…”backend

Trampdan Venesuela ilə bağlı ŞOK ETİRAF – “Neftə görə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Venesuelada ABŞ-nin maraqlarının neftlə bağlı olduğunu dolayısı ilə etiraf edib.

NOCOMMENT.az xəbər verir ki, Fox News jurnalistinin Venesuelanın neft sənayesinin gələcəyi ilə bağlı sualını cavablandıran Tramp bildirib ki, ABŞ bu sahədə çox fəal iştirak edəcək.

Trampın sözlərinə görə, Venesuelanın neft sənayesinin gələcəyində ABŞ-nin rolu böyük olacaq. O qeyd edib ki, ABŞ dünyada ən böyük və ən güclü neft şirkətlərinə malikdir və bu şirkətlər prosesə ciddi şəkildə cəlb olunacaq. “Biz bu işin içində çox güclü şəkildə olacağıq. Deyə biləcəyim yalnız budur”, – deyə Tramp vurğulayıb.

Prezidentin bu açıqlaması ABŞ-nin Venesuelaya dair maraqlarının əsasən enerji resursları, xüsusilə də neftlə bağlı olduğu barədə müzakirələri yenidən gündəmə gətirib.