ABŞ prezidenti Donald Tramp Rusiyaya münasibətini sərtləşdirir və dövlət katibi Marko Rubio bu dönüşdə əsas rol oynayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri yazıb.
Nəşr Rubionu Vaşinqtonun yeni xarici siyasət kursunun əsas memarlarından biri adlandırır. Məlumata görə, Rubio həm prezidentə, həm də Ağ Evin əməkdaşlarına gündəlik olaraq məsləhətlər verir. Onun keçmiş köməkçisi FT-yə bildirib ki, dövlət katibinin məsləhəti Trampın xarici siyasətindəki dəyişikliyin açarı olub.
“O, ABŞ-nin Çin, İran, Venesuela və Rusiyaya qarşı sərt xəttinin əsas ideoloqu olub. Onun çevrəsindəki mənbələr iddia edir ki, məhz Rubio hər gün Ağ Evin xarici siyasət gündəmini formalaşdırır, prezidentin mövqeyinə birbaşa təsir göstərir”,- nəşr yazıb.\\“Unikal”