Trampın 515 milyon dollarlıq ödəniş qərarı ləğv edildibackend

Trampın 515 milyon dollarlıq ödəniş qərarı ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-York Apellyasiya Məhkəməsi ABŞ Prezidenti Donald Trampı “Trump Organization” şirkətinin aktivlərinin qiymətləndirilməsi ilə bağlı fırıldaq işi üzrə 515 milyon dollar ödəməyə məcbur edən aşağı instansiya məhkəməsinin qərarını ləğv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Associated Press (AP) xəbər yayıb.

Agentliyin məlumatına görə, məhkəmə eyni zamanda ABŞ prezidentinə və onun iki böyük oğluna bir neçə il müddətində korporasiyalarda rəhbər vəzifə tutmağı qadağan edib. Nəşrdə qeyd olunur ki, Ağ Evin rəhbərinə təyin olunan cərimə “həddindən artıq” hesab edilib.