ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasiminin ilk dəfə yarımçıq keçirilə biləcəyini deyib.
NOCOMMENT.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial media hesabında bildirib.
O qeyd edib ki, bu, ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin ölümü ilə əlaqədar baş verə bilər.
Bundan əlavə, Tramp demokratların günahı ucbatından ölkənin tam nizamsızlıq içində olduğunu vurğulayıb.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib ki, ABŞ-ın keçmiş prezidenti Karterin xatirəsinə bayraqların endirilməsi ilə bağlı qərar Trampın andiçmə mərasiminə görə dəyişdirilməyəcək.
Xatırladaq ki, ABŞ-ın 39-cu prezidenti Cimmi Karter dekabrın 29-da 101 yaşında vəfat edib./publika.az