Yaponiyanın xarici işlər naziri Takesi İvaya Donald Trampın ABŞ prezidenti kimi andiçmə mərasimində ölkəsini təmsil edəcəyini açıqlayıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, xarici işlər naziri bunu “NHK” televiziyasına müsahibəsində bildirib.
“Bizim inauqurasiyaya dəvətimiz var və mən orada olacağam”, – nazir qeyd edib.