ABŞ prezidenti Donald Tramp 2026-cı il planları ilə bağlı diqqətçəkən açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, o, jurnalistlərin 2026-cı ildəki planları və seçki kampaniyalarına qoşulub-qoşulmayacağı ilə bağlı sualına “Mən sadəcə sağ qalmaq istəyirəm” cavabını verib.
Tramp siyasətin hazırkı vəziyyətini tənqid edərək, demokratları təhlükəli ritorikadan istifadə etməkdə ittiham edib.
“Bu çılğın demokratların istifadə etdiyi ritorika çox təhlükəlidir. Onlar siyasəti çox təhlükəli ediblər. Siz isə bizim görəcəyimiz işdən çox razı qalacaqsınız ”, – deyə prezident vurğulayıb.