Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürübbackend

Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatından senator vəzifəsinə namizədliyini geri götürüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki,bu barədə onun “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib. “Düşündükdən sonra ABŞ Senatına namizədliyimi geri götürmək qərarına gəldim”, – Lara Tramp yazıb.

O, bundan əvvəl Senatda yer tutmağı düşündüyünü deyib.

Noyabrın 6-da Tramp birinci prezidentlik müddətindən fərqli olaraq, qızı İvanka Tramp və kürəkəni Cared Kuşnerin əhəmiyyətli müşavir olduqlarını, lakin yeni idarəçilikdə övladlarının yer almayacağını bildirib.

ABŞ prezidentinin andiçmə mərasimi gələn ilin 20 yanvarında Vaşinqtonda Kapitolidə keçiriləcək. Tramp and içəcək, bundan sonra ona söz veriləcək.

Mərasimdən sonra təntənəli parad və inauqurasiya balı keçiriləcək.