ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı ABŞ ordusunun Meksika ərazisinə daxil olmasını təklif edib, lakin bu təklif qəti şəkildə rədd olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Meksika prezidenti Klaudia Şeynbaum Milli Sarayda keçirdiyi mətbuat konfransında bildirib.
Şeynbaumun sözlərinə görə, o, bu təklifi dərhal rədd edib və vurğulayıb ki, belə bir addım qəbuledilməzdir və müzakirə mövzusu deyil. Meksika lideri əlavə edib ki, Tramp sonradan onun mövqeyini başa düşüb.
“Prezident Tramp ABŞ ordusunun Meksikaya daxil olmasını təklif etdi. Mən cavab verdim: ‘Xeyr, bu müzakirə olunmur’ — və o, bunu qəbul etdi,” — deyə Klaudia Şeynbaum bildirib.