Trampın kampaniyası Harrisin hərəkətlərindən seçki komissiyasına şikayət edibbackend

Trampın kampaniyası Harrisin hərəkətlərindən seçki komissiyasına şikayət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçki qərargahı bildirib ki, vitse-prezident Kəmalə Harrisin hazırkı dövlət başçısı Co Baydenin seçki kampaniyasından vəsait almaq hüququ yoxdur və bununla bağlı Federal Seçki Komissiyasına şikayət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.

Şikayət Trampın seçki kampaniyasının baş müşaviri Devid Uorrinqton tərəfindən verilib. Keçmiş prezidentin komandası Harrisin Baydenin qalan kampaniya fondlarından qeyri-qanuni olaraq 91,5 milyon dollar almağa çalışdığını, pulun “həyasızcasına mənimsənilməsi”nin 1971-ci il federal seçki kampaniyası qanununun ən böyük pozuntusu ola biləcəyini söylədi.

Onun nümayəndələri Tramp kampaniyasının iddialarını əsassız adlandırıblar.