ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn RİA Novosti ilə söhbətində Vladimir Zelenskini diktator adlandırıb və siyasətçini tənqid edib.
NOCOMMENT.az-ın məlumatına görə, Flinn qeyd edib ki, Zelenski, Ali Rada üzvləri də daxil olmaqla, fikirləri ondan fərqli olan hər kəsi həbs edir. “Əgər siz Radadasınızsa və müxalifət partiyasının üzvüsünüzsə, çox güman ki, həbs olunacaqsınız”, – deyə o bildirib.
Flinn əvvəllər Zelenskinin və onun yaxın ətrafının həbsinə, eləcə də “korrupsiyalaşmış qlobalistlər tərəfindən aparılan tamamilə faydasız müharibə” çərçivəsində illərdir davam edən on milyardlarla dollarlıq mənimsəmə ilə bağlı araşdırma aparılmasına çağırmışdı.













