Trampın Kim Çen In barəsində dedikləri hamını təəccübləndirdibackend

Trampın Kim Çen In barəsində dedikləri hamını təəccübləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın ictimaiyyət qarşısında görünməsinə münasibət bildirib. Donald Tramp KXDR liderinin ictimaiyyət qarşısına çıxmasına və onun səhhətinin yaxşı olmasına məmnun olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ prezidenti bu barədə özünün “Twitter”dəki səhifəsində yazıb.

“Şəxsən mən onun qayıtmasına və sağlam olmasına görə şadam”, deyə ABŞ prezidenti sosial hesabında yazıb.

Qeyd edək ki, “Ağ Ev” rəhbərinin bu fikirləri ictimaiyyət tərəfindən bir mənalı qarşılanmayıb.

Xatırladaq ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri 36 yaşlı Kim Çen In 20 günlük fasilədən sonra ictimaiyyət qarşısına çıxıb.