Trampın məhkəməsi təxirə salındı – Prezident seçkisinədək…backend

Trampın məhkəməsi təxirə salındı – Prezident seçkisinədək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin 45-ci prezidenti Donald Trampla bağlı məhkəmə proseslərindən biri təxirə salınıb.

NOCOMMENT.az xəbər verir ki, Tramp bu prosesdə məxfi sənədlərlə düzgün davranmamaqda ittiham edilirdi. Prezidentliyə namizədin məhkəmə prosesi mayın 20-də başlamalı idi. Lakin hakim təqdim edilən sənədlərin çoxluğunu əsas gətirərək prosesi qeyri-müəyyən vaxtadək təxirə salıb.

Birləşmiş Ştatlar mətbuatı hesab edir ki, noyabrda keçiriləcək prezident seçkisinədək Trampın hakim qarşısına çıxması real görünmür. Hazırda Nyu-York məhkəməsi onunla bağlı başqa bir işə də baxır. Bu, Trampın prezident seçilməzdən əvvəlki maliyyə məsələləri ilə bağlıdır.