ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp əvvəlcə Parisdə Vladimir Zelenski ilə görüş planlaşdırmırdı.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios mənbələrə istinadən məlumat yayıb.
“Əvvəlcə Tramp görüşü keçirməkdən çəkindi, lakin sonda razılaşdı”, – materialda deyilir.
Nəşrin mənbələri qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron Trampı görüşün zəruriliyinə inandıra bilib. Onların sözlərinə görə, görüş “yaxşı və səmərəli” olub.
Vladimir Zelenski də Parisdəki görüşü məhsuldar adlandırıb.