ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki qərargahı hakerlər tərəfindən sındırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, “ABŞ-a düşmən olan” xarici hakerlər qərargahın daxili yazışmalarına icazəsiz giriş əldə ediblər.
Hücumda İrandan olan hakerlər şübhəli bilinir.
Jurnalistlər Trampın seçki kampaniyası ilə bağlı sənədləri iyulun 22-dən naməlum şəxslərdən almağa başlayıblar.
ABŞ-ın keçmiş prezidentinin seçki kampaniyasının kommunikasiyalar üzrə direktoru Stiven Çunq Axios-a bildirib ki, bu sənədlər 2024-cü il seçkilərinə müdaxilə etmək və bütün demokratik prosesə xaos səpmək üçün ABŞ-a düşmən olan xarici mənbələrdən qeyri-qanuni yolla əldə edilib.
O əlavə edib ki, Microsoft hesabatında iranlı hakerlərin 2024-cü ilin iyununda yüksək rütbəli amerikalı məmurun hesabını sındırdığını göstərib.