Trampın seçki yarışında Baydeni ötməsinə mane olurlarbackend

Trampın seçki yarışında Baydeni ötməsinə mane olurlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqil namizədlər ABŞ-nin 45-ci prezidenti Donald Trampın seçki yarışında Amerikanın hazırkı lideri Co Baydeni ötməsinə mane olur.

NOCOMMENT.az xəbər verir ki, bunu “NBC”nin keçirdiyi sorğunun nəticələri sübut edir.

Seçicilərdən demokrat Bayden, Respublikaçı Tramp, müstəqillər kiçik Robert Kennedi, Kornel Uest və Yaşıllar Partiyasından Cill Stayn arasında seçim edilməsi soruşulub. Respondentlərin 37 faizi Trampın, 39 faizi Baydenin lehinə olub. Digər 6 faiz seçici qərarsız olduğunu söyləyib. Qalan 13 faiz səs isə kiçik Kennedi, Uest və Steyn arasında bölüşdürülüb.

Lakin respondentlərdən yalnız Tramp və Bayden arasında seçim etmələri istənildikdə, keçmiş prezident 46 faiz, hazırkı prezident isə 44 faiz səs toplayıb. Sorğu iştirakçılarının daha 10 faizi qərarsız olduqlarını bildirib. Min nəfərin iştirak etdiyi sorğu aprelin 12-16-sı tarixlərində aparılıb.