Trampın Ukrayna ilə bağlı danışıqlara nə vaxt başlaya biləcəyi məlum olubbackend

Trampın Ukrayna ilə bağlı danışıqlara nə vaxt başlaya biləcəyi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp münaqişənin eskalasiyasının getdikcə idarəolunmaz hala düşməsi ilə bağlı narahatlıqlar səbəbindən ilin sonuna qədər Ukrayna üzrə sülh danışıqlarına başlaya bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu RİA Novosti ilə söhbətində türkiyəli analitik Mehmet Çağatay Gülər ​​deyib.

Onun sözlərinə görə, Tramp Ukraynada vəziyyətin getdikcə idarəolunmaz hala gəldiyini anlayaraq danışıqlara başlaya bilər. Gülər, eyni zamanda, qeyri-rəsmi səylərin nə qədər məhsuldar ola biləcəyinin “mübahisəli olaraq qaldığını” açıqlayıb, çünki onların sonradan həyata keçirilib-keçirilməyəcəyi bəlli deyil.

Təhlilçinin fikrincə, Tramp Moskva və Kiyevi “döyüş meydanındakı status-kvonu qəbul etməyə” dəvət edəcək, lakin belə bir inkişaf münaqişənin hər iki tərəfinə yaraşmayacaq.