Trampın Ukraynada atəşkəs təşəbbüsünü dəstəkləyirik – Aİ liderləribackend

Trampın Ukraynada atəşkəs təşəbbüsünü dəstəkləyirik – Aİ liderləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa liderləri Ukraynanı dəstəklədiklərini və ABŞ prezidenti Donald Trampın hərbi əməliyyatların dayandırılmasına yönəlmiş səylərini bəyəndiklərini bəyan ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa liderlərinin bu gün qəbul etdikləri birgə bəyanatda deyilir.

Avropa liderləri qeyd etiblər ki, onlar Ukrayna xalqının layiq olduğu ədalətli və davamlı sülhə nail olmaq üçün birləşiblər.

“Biz prezident Trampın hərbi əməliyyatların dərhal dayandırılması və hazırkı təmas xəttinin danışıqların başlanğıc nöqtəsinə çevrilməsi ilə bağlı mövqeyini qətiyyətlə dəstəkləyirik. Biz beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilə bilməyəcəyi prinsipinə sadiq qalırıq”, – bəyanatda vurğulanır.

Bəyanatda nəzərə çatdırılıb ki, Rusiyanın ləngitmək taktikası ardıcıl olaraq sübut edir ki, “Ukrayna sülhə ciddi yanaşan yeganə tərəfdir”.

“Biz hamımız görürük ki, Putin zorakılıq və dağıntıları seçməkdə davam edir. Ona görə də biz aydın şəkildə bildiririk ki, Ukrayna hər hansı atəşkəsdən əvvəl, zamanı və ondan sonra daha güclü mövqedə olmalıdır. Putin sülh bağlamağa hazır olana qədər biz Rusiya iqtisadiyyatına və onun müdafiə sənayesinə təzyiqi artırmalıyıq”, – bəyanatda deyilir.

Əlavə edilib ki, ölkələr “Ukraynanın lazımi resurslara malik olması üçün Rusiyanın dondurulmuş suveren aktivlərinin tam dəyərindən istifadə etmək” üçün tədbirlər hazırlayır. Bundan başqa, liderlər bu həftənin sonunda Avropa Şurasında və “qətiyyətlilər koalisiyası” formatında görüşərək bu işi necə irəli aparmağı və Ukraynaya daha çox dəstək verməyi müzakirə edəcəklər.

Bəyanatı Ukrayna prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, Finlandiyanın prezidenti Aleksadr Stubb, İtaliyanın baş naziri Corca Meloni, Polşanın baş naziri Donald Tusk, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının sədri Antonio Kosta, Norveçin baş naziri Yonas Qar Stere və Norveçin baş naziri Mette Frederiksen imzalayıblar.

Xatirə SADİQ