ABŞ prezidenti Donald Tramp Ukraynaya müəyyən növ silahlar vermək istəməməsini amerikalıları hərbi münaqişəyə cəlb etmək istəməməsi ilə izah edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
“O, etibarlı insanlara dedi ki, bu, onun müharibəsi deyil, ancaq Ukraynaya silah göndərməyə başlasa, belə olacaq”, – onlayn nəşr yazır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Dmitri Peskov bəyan etmişdi ki, Ukraynaya davam edən hərbi tədarüklər ABŞ və Avropa ölkələrinin münaqişəni davam etdirmək mövqeyindən xəbər verir.