HƏMAS 2023-cü ildə götürülən israilli girovları geri qaytarmasa, məhv ediləcək.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu CNN telekanalının efirində ABŞ Prezidenti Donald Trampın girovların işi üzrə xüsusi nümayəndəsi Adam Beler bildirib.
“Mən onların yerində olsaydım, girovları azad edərdim, əks halda onlar tamamilə məhv ediləcəklər. HƏMAS üçün bir tövsiyəm var: Şiri Bibasın meyitini dərhal geri qaytarmalısınız”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu israilli girov Şiri Bibasın meyitinin əvəzinə naməlum Qəzza sakininin meyitini təhvil verdiklərini bildirib və bunu anklavda atəşkəs razılaşmasının kobud şəkildə pozulması adlandırıb.