Trampın yaxın adamından Türkiyəyə ŞOK HƏDƏ: “Ağıllı seçim edin!”backend

Trampın yaxın adamından Türkiyəyə ŞOK HƏDƏ: “Ağıllı seçim edin!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan senator Lindsi Qrem Türkiyəyə qarşı təhdidedici açıqlama ilə çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, Qrem Suriyanın ordusuna inteqrasiya olunmayan, Hələbdə hücumlar həyata keçirdikdən sonra geri çəkilməyə məcbur qalan YPG terror təşkilatı üzərindən Türkiyəni hədəf alıb.

Senator bildirib ki, İŞİD-in məhv edilməsində əsas qüvvə olmuş kürd müttəfiqlərimizə qarşı həyasız hücumu nə qəbul edərəm, nə də buna dözərəm. O, Suriya hökumətinə və Türkiyəyə səslənərək “ağıllı seçim etməyə” çağırıb.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri senator Cim Rişin paylaşımını sitat gətirən Lindsi Qrem qeyd edib ki, Suriyada təmkinli davranışla bağlı çağırışları tam dəstəkləyir və yeni Suriya hökumətinə azlıqlara qarşı insan haqları pozuntularının yolverilməz olduğu barədə ciddi xəbərdarlıq edilməsinin vacibliyinə inanır.

Qrem əlavə edib ki, onu ən çox narahat edən məsələ Suriya ordusu qüvvələri ilə Türkiyənin kürd müttəfiqlərinə qarşı daha da irəlilədiyi barədə etibarlı hesab etdiyi məlumatlardır. Onun sözlərinə görə, bu cür addımlar ABŞ tərəfindən sərt reaksiyaya səbəb ola bilər.

“Yeni Suriya hökumətinə şans verilməsini dəstəkləyirəm. Lakin İŞİD xilafətinin məhv edilməsində əsas rol oynamış və illər boyu İsraillə güclü müttəfiqlik münasibətləri qurmuş kürd müttəfiqlərimizə qarşı açıq hücumu nə qəbul edərəm, nə də buna dözərəm. Suriya hökumətinə və Türkiyəyə müraciət edirəm: ağıllı seçim edin”, – deyə senator vurğulayıb.