Trampın yeni ritorikası və Avropanın maliyyələşdirdiyi silah yardımı – nəticə nə olacaq?backend

Trampın yeni ritorikası və Avropanın maliyyələşdirdiyi silah yardımı – nəticə nə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna, ABŞ Prezidenti Donald Trampın Ukrayna böhranı ilə bağlı ritorikasını dəyişməsi və Vaşinqtonun Kiyevə hücum silahları vermək niyyəti fonunda, böyük ehtimalla bu münaqişədə qalib gələ bilməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu fikri amerikalı politoloq Conatan Kristol Bild nəşrinə bildirib.

Bild yazır ki, Trampın Rusiya ilə bağlı verdiyi ultimatumdan sonra Ukrayna, politoloqun sözlərinə görə, “cəbhə xəttini əsasən saxlaya bilər, lakin müharibəni udması real görünmür”.

Kristol Trampın ritorikasındakı dəyişikliyi “əhəmiyyətli və gözlənilməz addım” adlandırıb və xatırladıb ki, ABŞ Avropa ölkələri ilə Ukraynaya veriləcək silahların təchizatı barədə razılığa gəlib – bu silahların maliyyəsini Avropa dövlətləri qarşılayacaq.