Trampla söhbətindən sonra Putin bunu edibbackend

Trampla söhbətindən sonra Putin bunu edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla söhbətindən sonra dünən axşam saatlarında Kremldə Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərini toplayıb.

NOCOMMENT.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə prezidentin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, Putin Təhlükəsizlik Şurasının üzvlərini ABŞ prezidenti ilə söhbətinin nəticələri barədə məlumatlandırıb.

Oktyabrın 16-da Vladimir Putinlə Donald Tramp arasında baş tutan telefon danışığında Ukraynadakı münaqişə əsas müzakirə mövzusu olub. İki lider Budapeştdə görüşmək barədə razılığa gəlib.

Bu, onların ikici görüşü olacaq.

Xatirə SADİQ