2 gündür qarşıdurmaların yaşandığı Livanın paytaxtı Tripolidə atəşkəs elan edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökuməti açıqlama verib.
Milli Birlik Hökumətinin sözçüsü Məhəmməd Hammude açıqlamasında baş nazir Əbdülhəmid Dibeybenin “444 Briqada” komandiri Mahmud Həmzəni “neytral bir hissəyə” təslim etmək üçün Tripolidəki Suq əl-Cümə bölgəsinin görkəmli şəxsləri ilə razılaşdığını bildirib.
Nəticədə atəşkəs elan edilib.
Hammude sözügedən “neytral seqment”lə bağlı məlumat verməyib.
Hələlik Prezident Şurasından mövzu ilə bağlı heç bir açıqlama verilməyib.