Trofimçuk: Fransa Senatının qətnaməsi ilk siqnaldırbackend

Trofimçuk: Fransa Senatının qətnaməsi ilk siqnaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hərbi kontingenti Qarabağ bölgəsinə daxil olandan sonra proses birdən-birə irəli getdi. Yeni Qarabağ reallığının ilk siqnalı Fransa Senatının “artsax”ı tanıması oldu.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Qriqori Trofimçuk sosial şəbəkə hesabında yazıb.

“Buna görə də son müsahibələrimdə bu məsələ ilə bağlı “hər şey indi başlayır” tezisini səsləndirmişəm. Yeni reallığın arxasında Bayden dövrünün Ağ Evi durur və o öz gələcək istiqamətini hələ yalnız ölçüb-biçir. Rusiya Qarabağa daxil olaraq, özünü məqsədə çevirdi. Yerdə qalan məsələlər isə köməkçi vasitələrdir”, – deyə o qeyd edib.