ABŞ Kanadaya qarşı ticarət müharibəsinə başlayıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Castin Trüdo mətbuat konfransında bildirib.
“Bu gün ABŞ ən yaxın tərəfdaşı və müttəfiqi olan Kanadaya qarşı ticarət müharibəsinə başlayıb. ABŞ-nin tarifləri bu gün səhər saatlarında qüvvəyə minib”, – Trüdo qeyd edib.
Onun sözlərinə görə, Kanada ABŞ-nin tədbirlərinə cavab olaraq 100 milyard dollardan çox Amerika malına 25% rüsum tətbiq edəcək.