Trüdo: “Kanada İsrailin Rəfah bölgəsinə endirdiyi zərbələrdən dəhşətə gəlib”backend

Trüdo: “Kanada İsrailin Rəfah bölgəsinə endirdiyi zərbələrdən dəhşətə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın baş naziri Castin Trüdo bildirib ki, ölkə hakimiyyəti İsrail ordusunun Qəzza zolağında Rəfah şəhərinə endirdiyi zərbənin nəticələrindən dəhşətə gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Trüdo Fələstin anklavında baş verən kütləvi insan iztirablarına son qoymağa çağırıb. O bildirib ki, münaqişə tərəfləri atəşkəsə gəlməlidir. Bundan əlavə, Qəzza zolağına göndərilən humanitar yardımın həcmini artırmaq lazımdır.

Baş nazir vurğulayıb ki, o və hökuməti İsrailin zərbələrindən dəhşətə gəlib. Kanada Nazirlər Kabineti İsrailin Rəfahdakı hərbi əməliyyatlarını qəti şəkildə dəstəkləmir.