“Oktyabrın sonlarında baş tutmalı olan liderlər səviyyəsində planlaşdırılan görüş var idi, Ermənistan həmin görüşə gəlməyə hazır olduğunu bildirsə də, təəssüf ki, görüş keçirilmədi. Ümid edirik ki, bu, yaxın gələcəkdə mümkün olacaq”.
NOCOMMENT.az xəbər verir ki, bunu cümə günü Brüsseldə keçirilən “Ermənistanın strateji gələcəyi: RA-Avropa” forumunda ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
“Ermənistan Brüsseldə keçiriləcək üçtərəfli görüşə hazırdır. Ermənistan sülhə hazırdır. Hazırda biz Ermənistanla Azərbaycan arasında sərhədin, ərazi bütövlüyünün dəqiqləşdirilməsini istəyirik”.
“Ermənistan sülh danışıqlarını davam etdirməyə, Brüsselə gəlməyə, son nöqtəyə çatmağa və Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır”, – Ermənistan Təhlükəsizlik Şurasının katibi vurğulayıb.