Tsarukyanın deputatları Moskvadan susqun qayıtdılarbackend

Tsarukyanın deputatları Moskvadan susqun qayıtdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaqik Tsarukyanın rəhbəri olduğu Çiçəklənən Ermənistan Partiyasının Moskvaya göndərdiyi deputatlardan ibarət nümayəndə heyəti dünən Ermənistana geri dönüb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.

Deputatların Moskvada ilk növbədə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ilə görüş keçirdiyi bildirilib. Bundan sonra Rusiya Dumasının deputatları və Vahid Rusiya Partiyasının nümayəndələri ilə də görüşlər olub.

Partiya nümayəndələri Moskvadakı danışıqlarla bağlı heç bir məlumat paylaşmayıblar.

Qeyd edək ki, oktyabrın 29-da Çiçəklənən Ermənistan Partiyasının deputatları Vahe Enfiacyan, Mikayıl Melkumyan, Arman Abovyan və Naira Zöhrabyan Moskvaya səfər etmişdilər.