Tunis sahillərində miqrant gəmisi batıb: 35 nəfər öldübackend

Tunis sahillərində miqrant gəmisi batıb: 35 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunis sahillərində qeyri-qanuni miqrantları İtaliyaya doğru daşıyan qayıq batıb.

NOCOMMENT.az xəbər verir ki, Tunis Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada batan qayıqdan 14 nəfərin xilas edildiyi, 35 nəfərin isə həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, 2023-cü ilin ilk üç ayında Aralıq dənizində həyatını itirənlərin sayı 499 nəfərə çatıb.

NOCOMMENT.AZ