Tunisdə 3 ayda 27 mindən çox qeyri-qanuni miqrant saxlanıldıbackend

Tunisdə 3 ayda 27 mindən çox qeyri-qanuni miqrant saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunisdə 3 ay ərzində qarşısı alınan 889 qeyri-qanuni miqrasiya cəhdində 27 665 qeyri-qanuni miqrantın tutulduğu bildirilib.

NOCOMMENT.az xəbər verir ki, Tunis Milli Təhlükəsizlik Qüvvələrinin sözçüsü Hüsaməddin əl-Cebabli rəsmi sosial media hesabından mövzu ilə bağlı yazılı açıqlama verib.

O, təhlükəsizlik qüvvələrinin qeyri-qanuni miqrasiya cəhdlərinə qarşı əməliyyatlarının ölkə daxilində davam etdiyini bildirib.

Milli Təhlükəsizlik Qüvvələrinin 1 yanvar-31 mart tarixləri arasında ölkənin şimal və cənub dənizlərində həyata keçirdiyi əməliyyatlarda İtaliyaya qarşı törədilən 501 qeyri-qanuni miqrasiya cəhdində 13 min 138-i Sahra Altı Afrika ölkələrindən və digərləri Tunisdən olan 14.406 immiqrant tutulub.

NOCOMMENT.AZ