Tunisdə azad edilən 11 rusiyalı cümə günü ölkəni tərk edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Diplomatik nümayəndəlik izah etdi ki, konsulluq əməkdaşları lazımi sənədlərin hazırlanmasında köməklik göstəriblər. Ruslar Tunisi iki qrup halında tərk edəcəklər. Səfirlikdən həmçinin bildirilib ki, azadlığa buraxıldıqdan sonra həmyerlilərinin əhval-ruhiyyəsi yüksək olub.
Rus turistlər 2024-cü ilin dekabrında Tunisdə saxlanılıblar. Onlar qədim memarlığa baxmaq üçün Əlcəzairlə sərhəd yaxınlığındakı Kasserine kəndinə birlikdə getməli idilər , lakin onlarla əlaqə kəsilib. Sonradan məlum olub ki, səyahətçilər ölkənin “həssas infrastrukturuna” yaxınlaşıblar.