Tunisdə itən hərbi helikopter dənizə düşübbackend

Tunisdə itən hərbi helikopter dənizə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunisdə mərkəzlə əlaqəsi kəsilən 4 nəfərlik heyətlə hərbi helikopterin dənizə düşdüyü bildirilib.

NOCOMMENT.az xəbər verir ki, ekipajdan 2-nin meyitinin tapıldığı bildirilib.

Tunis Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada qeyd olunub:

“Tunisin şimalındakı Binzert vilayətinin Kab Sirat bölgəsində gecə uçuşu zamanı mərkəzlə əlaqəsi kəsilən helikopterin Binzert yaxınlığında dənizə düşdüyü müəyyən edilib”.

Açıqlamada axtarış-xilasetmə işləri çərçivəsində itən ekipajdan 2 nəfərin cəsədinin tapıldığı, axtarış-xilasetmə işlərinin Daxili İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə davam etdiyi qeyd edilib.

NOCOMMENT.AZ