Tural Zeynalov həbs edildi – FOTObackend

Tural Zeynalov həbs edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə polisə qarşı zor tətbiq edən “Qoşa Qala” restoranının sahibi, Şəmkir sakini Tural Zeynalov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, məlum hadisə ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə tövsif edilib və cinayət işinin araşdırılması üçün aidiyyəti üzrə Rayon Prokuroluğuna göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə Tural Zeynalov barəsində 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.