Turalın həbsi Hüseyn Abdullayevlə bağlı deyil – Vəkilbackend

Turalın həbsi Hüseyn Abdullayevlə bağlı deyilVəkil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabiq deputat Hüseyn Abdullayevin dayısı oğlu Tural Bayraməliyevin həbsinin Hüseyn Abdullayevlə bağlı olması haqda deyilənlər tam yalandır, həqiqətəuyğyn deyil”.

NOCOMMENT.az-ın məlumatına görə, bunu “Yeni Sabah”a açıqlamasında H. Abdullayev və onun anası Zeynəb Abdullayevanın vəkili Vasif Mirzəyev deyib.

O, qeyd edib ki, T. Bayraməliyevin həbsi H. Abdullayevin həbsindən bir neçə il əvvəl baş verib: “Tural Bayraməliyevlə bağlı əvvəldən Bakı şəhər Prokurorluğunda cinayət işi açılıb, axtarışa verilib və 2016-cı ildə Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib.

Hüseyn Abdullayev isə 2018-ci ildə həbs olunub və cinayət işi açılıb. Yənu Turalla bağlı cinayət işi bir neçə il əvvəl olub.

Məsələnin digər tərəfi isə odur ki, H. Abdullayevə 6 il həbs verirlb, Tural Bayraməliyevə isə 8 il.

Tural Bayraməliyev Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin baldızı Şədiyyə Salehliyə qarşı 800 manatdan artıq dələduzluq faktı ilə bağlı həbs olunub. Ona görə də Hüseyn Abdullayevin ailəsi Tural Bayraməliyevin məhz ona görə həbs olunması ilə bağlı iddiaları təkzib edir”.

Xatırladaq ki, bir neçə gün əvvəl Bayraməliyev Tural Aslan oğlunun nümayəndəsi Samir Zeynalov iddia etmişdi ki, müdafiə etdiyi şəxs məhz Abdullayevlə qohum olduğuna görə həbs edilib.