TurAz Qartalı-2020 təlimlərinə döyüş helikopterləri də cəlb edilib – VİDEObackend

TurAz Qartalı-2020 təlimlərinə döyüş helikopterləri də cəlb edilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimləri davam edir.

Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.