Turizm Agentliyi ərəb jurnalistlər üçün 847 min manatlıq səfər təşkil edəcəkbackend

Turizm Agentliyi ərəb jurnalistlər üçün 847 min manatlıq səfər təşkil edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərəb ölkələrindən media və turizm nümayəndələri üçün tanışlıq səfərləri təşkil olunacaq.

NOCOMMENT.az xəbər verir ki, Dövlət Turizm Agentliyi tərəfindən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfərlərinin təşkili planlaşdırılır.

Səfərlər çərçivəsində hər iki ölkədən gələcək iştirakçılar ölkəmizin turizm potensialı ilə yerində tanış olacaq, qonaqlara Azərbaycanın mədəni irsi və turizm imkanları təqdim ediləcək.

Bu xidmətlərin satın alınması üçün ehtimal olunan qiymət 847.319 manat  olaraq müəyyən edilib.