Turizm üçün keçirilən təlimlər başa çatıbbackend

Turizm üçün keçirilən təlimlər başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regionlarda turizm sənayesi nümayəndələrinin rəqəmsal bacarıqlarının artırılması və aqroturizm subyektlərinin inkişaf etdirilməsi məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən keçirilən təlimlər başa çatıb.

Dövlət Turizm Agentliyindən NOCOMMENT.az-a bildirilib ki, təlimlər mədəniyyət və yaradıcı sənaye nümayəndələri, qonaq evi sahibləri, aqroturizm subyektləri və digər istiqamətlərdən olan şəxsləri əhatə edib. Gəncə, Şəki, İsmayıllı, Mingəçevir, Quba və Lənkəran rayonlarında keçirilən təlimlərə 9 bölgədən 226 iştirakçı qatılıb.

Proses 6 modulu əhatə etməklə təcrübəli mentorlar tərəfindən interaktiv və yenilikçi metodlarla icra edilib.

İştirakçılar bazar mövqeyinin gücləndirilməsi, rəqəmsal platformalarda peşəkar fəaliyyət, turist məmnunluğunun artırılması məqsədilə ünsiyyət bacarıqlarının inkişafı, aqroturizmlə məşğul olan və bu sahəyə marağı olan şəxslər üçün biznesin təşkil edilməsi standartları kimi mövzularla bağlı bilgiləri mənimsəyiblər.

Maarifləndirmə proqramı Dövlət Turizm Agentliyi tərəfindən əvvəlki dövrlərdə aparılmış araşdırmalar və ehtiyac qiymətləndirməsi əsasında hazırlanan hesabatlar əsasında icra olunub.

Prosesin növbəti dövrlərdə ənənəvi və xüsusi vizual materialların dərc olunması ilə davam etdirilməsi nəzərdə tutulur.