Türk alim AzTU-nun prorektoru vəzifəsindən İSTEFA VERDİbackend

Türk alim AzTU-nun prorektoru vəzifəsindən İSTEFA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru işdən çıxıb.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru vəzifəsindən azad olunub.

Onun yerinə 2018-2022-ci illərdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmış Sübhan Nadir oğlu Namazov təyin edilib.

Süni intellekt üzrə dünya şöhrətli alim Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru vəzifəsindən istefa verib. Bunun səbəbi isə AzTU-da onun bir il ərzində nəzərdə tutduğu layihələrinin düzgün icra olunmamasıdır. Məhz bu səbəbdən ayın 1-də dünya şöhrətli alim universitetlə müqaviləsinin müddətini artırmayıb.