“Türk çörəyini yemək istəməyənlər rədd olub Fransaya gedə bilərlər”backend

“Türk çörəyini yemək istəməyənlər rədd olub Fransaya gedə bilərlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Xarici İşlər Nazirliyi gözlədiyimiz etiraz Notasını verdi və Fransanın Azərbaycandakı səfirinə təqdim etdi. Beynəlxalq hüquqda dövlətin böyüyü-kiçiyi olmur, onun toxunulmaz hüquqları olur. Parisin meri burnunu Qafqaza, Azərbaycana soxmaq eşqinə düşüb. O bunun Makronun burnudur. Ona anlatmaq lazımdir ki, o burunu Azərbaycanda ovarlar. Burnunu saxtakar erməni separatçilarını himayə adı ilə Azərbaycana soxmasın. Birdəfəlik anlatmalıyıq ki, sənin burada yerin yoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bunu politoloq Zəlimxan Məmmədli bildirib.

O, hesab edir ki, Azərbaycan hücum mövqeyini möhkəmlətməli, separatçilara, onları himayə edən fransa, rusiya kimi dövlətlərə yerlərini qətiyyətlə göstərməlidir.

“Azərbaycan dünyanı inandırmalıdir ki, etnik kimliyindən asılı olmayaraq öz vətəndaşlarının sahibidir və heç kimin “humanitar” adı ilə siyasi hədəfli yardımına ehtiyacı yoxdur.

Mənim dövlətimi, konstitusiyamı saya salmayanların isə bu vətəndə yaşamaq haqqı yoxdur. Türk-Azərbaycan çörəyini yemək istəməyən, bayrağımı tapdalayan rədd olub hansı cəhənnəmə – istər Ermənistana, istərsə də Fransaya gedə bilərlər.

Laçın yolu erməni separatçılarını qudurtmaq üçün çalışmayacaq, birmənalı bağlanmışdır.

Vizası olan, dövlətimi sayan hər kəs beynəlxalq hüquqa və Azərbaycan qanunlarına müvafiq olaraq ölkəmizə daxil ola və çıxa bilər. Əlahiddə etnik erməni separatçısı üçün əlahiddə yol olmayacaqdır!”, – deyə Z.Məmmədli vurğulayıb.