Türk dənizçiləri qaçıran piratlarla BAĞLANTI QURULDUbackend

Türk dənizçiləri qaçıran piratlarla BAĞLANTI QURULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 23-də Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum edən piratlar ilk dəfə şirkətlə bağlantı qurublar.

NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir ki, şirkətin Almaniyadakı ofisinə zəng edən piratlar gəmi kapitanı və şirkət rəsmiləri ilə danışıblar

Onlar bütün ekipajın adlarını sadalayaraq onların yaxşı olduqlarına dair sübutlar təqdim ediblər.

Qeyd edək ki, 19 ekipaj üzvündən 15-ni qaçıran quldurlar azərbaycanlı mühəndis Fərman İsmayılovu öldürüblər.