Türk Dövlətləri Təşkilatı: Qazaxıstanla həmrəy olduğumuzu bəyan edirikbackend

Türk Dövlətləri Təşkilatı: Qazaxıstanla həmrəy olduğumuzu bəyan edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”.

NOCOMMENT xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında qeyd olunub.

“Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik. Hadisələrdə həlak olanların yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik”, – deyə bəyanatda bildirilib.