Türk dünyası yüksəlişdədir – Ərdoğanbackend

Türk dünyası yüksəlişdədir – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türk dünyası yeniliklərə və inkişafa açıq olan güclü dövlət ənənəsi, uzaqgörən QHT-ləri ilə yeni bir oyanışda, yeni yüksəlişdədir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Haliç Konqres Mərkəzində keçirilən Dünya Türk İş Şurasının 10-cu Konqresində deyib.

“Burada təmsil olunan gücün böyüklüyünü bilən tək biz deyilik. Bu vəziyyəti öz maraqlarına təhlükə kimi görənlər də eyni həqiqəti bilirlər. Türk dünyası güclü dövlət ənənəsi, yeniliyə və inkişafa açıq olan uzaqgörən QHT-ləri ilə yeni bir oyanışda, yeni yüksəlişdədir. 

Ünsiyyət imkanlarının yaxşılaşdığı bu dövrdə vətənlə diaspora əlaqələrini gücləndirmək əvvəlkindən daha asandır”, – o deyib.