Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında Prezidentin Somalinin təhlükəsizliyinin terror və digər təhdidlərə qarşı təmin edilməsi üçün Türkiyə Silahlı Qüvvələrinin ixdmət müddətinin 2 il müddətinə uzadılması haqqında memorandumu qəbul edilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələri 2 il müddətində Somalinin dəniz yurisdiksiya əraziləri də daxil olmaqla iki ölkənin birgə təyin edəcəyi bölgələrdə yerləşdiriləcək.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında Türkiyə Silahlı Qüvvələrinin Somalidəki vəzifə müddətinin daha 2 il uzadılmasını nəzərdə tutan memorandum müzakirə edilib.
Siyasi partiya nümayəndələrinin çıxışlarından sonra keçirilən səsvermədə memorandum qəbul edilib.