Türk general: Paşinyanı öz xalqı öldürə bilərbackend

Türk general: Paşinyanı öz xalqı öldürə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Azərbaycan Ermənistan kimi ölkə deyil. Biz ermənilərdən fərqli olaraq, qeyri-insani hərəkət etmirik. Biz hansısa milləti təhqir etməyəcəyik, amma cinayətkarları beynəlxalq məhkəmələrdə mühakimə edəcəyik.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyə Baş Qərargah Kəşfiyyat İdarəsinin sabiq rəisi, general-polkovnik İsmayıl Hakkı Pekin deyib.

Onun sözlərinə görə, erməni xalqı ölkəni bürümüş böhrana görə öz lideri və onun komandasının fəaliyyətinə son qoymalıdır: “Paşinyan mühakimə olunmalıdır. Bu proses həm Ermənistanda, həm də beynəlxalq məhkəmələrdə keçiriləcək. Əlbəttə, Paşinyan ölkədən qaça, qala və ya öldürülə bilər. Ermənistanda hərbi çevrilişin yaşanması da mümkündür.

Belə insanlar əvvəlcə istifadə olunur, sonra isə tarixin zibilliyinə atılırlar. Mən Paşinyanın sonunun bəşəriyyət üçün bir dərs olmasını istərdim”.