Türk hərbi gəmiləri KKTC limanlarını ziyarət edəcəkbackend

Türk hərbi gəmiləri KKTC limanlarını ziyarət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı şənlikləri çərçivəsində Türkiyə hərbi gəmilərinin Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) limanlarını ziyarət edəcəyi bildirilib.

NOCOMMENT xəbər verir ki, KKTC Təhlükəsizlik Qüvvələri Komandanlığının mətbuat xidmətindən verilən yazılı açıqlamada, Türk Dəniz Qüvvələri Komandanlığının döyüş elementləri olan TCG İmbat və TCG Bozcaadanın may ayında KKTC-də ictimaiyyətə açılacağı qeyd edilib.

Açıqlamada bildirilib ki, 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı çərçivəsində reallaşacaq proqramda Girne Turizm Limanında TCG İmbat (P-335) torpedo gəmisi və TCG Bozcaada (F-500) Korveti Famagusta Limanında cümə günü saat 10.00-17.00-də ziyarət edilə bilər.