backend

Türk İHA-ları ABŞ mətbuatında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə müdafiə sənayesinin fəxri olan İHA və SİHA-lar yenidən ABŞ mətbuatının gündəminə düşüb.

NOCOMMENT.az xəbər verir ki, “American Business Insider” jurnalı Körfəz ölkələrinin Türk pilotsuz təyyarələrinə artan marağına diqqət çəkib və Bayraktar TB2-nin yüksəlişi ilə bağlı diqqətəlayiq bir analiz dərc edib.

Analiz xəbərlərində, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Türkiyə istehsalı olan İHA və SİHA-larla maraqlandığı vurğulanıb. Həmçinin Türkiyənin Yaxın Şərqdəki qonşuları ilə müdafiə sənayesi ticarətin artdığını qeyd edib.

Prezident Ərdoğanın Ər-Riyad səfəri çərçivəsində rekord müqavilə imzalandığı xatırladılıb. 

Bildirilib ki, TB2-nin sürətlə artması Çin pilotsuz təyyarələrini də geridə qoyub.

Körfəz ölkələrinin bir neçə il ərzində sürətlə türk pilotsuz təyyarələrinin ən böyük müştərisinə çevrildiyi vurğulanıb.