Türk lirəsi ilin sonuna qədər tarixin ən aşağı səviyyəsinə düşə bilərbackend

Türk lirəsi ilin sonuna qədər tarixin ən aşağı səviyyəsinə düşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin milli valyutasının dəyəri ilin sonuna qədər tarixi minimuma, bir dollar üçün 36 lirəyə çata bilər. 

NOCOMMENT.az “TGRT Haber”ə istinadən xəbər verir ki, ötən həftə türk lirəsinin dollar qarşısında dəyəri yenidən tarixi minimuma çatıb və bir dollar üçün 35 lirə psixoloji həddi keçib.

Türkiyə Mərkəzi Bankının məlumatına görə, bazar ertəsi dollar 35,06 lirədən ticarət olunurdu.

Telekanal qeyd edir ki, 23 dekabr bazar ertəsi günü dolların lirə qarşısında məzənnəsi artmaqda davam edir.

Artıq yeddinci aydır ki, lirə dollar qarşısında ucuzlaşır. Türkiyə valyutasının dəyərindəki ən güclü aylıq enişlərdən biri 2023-cü ilin iyun ayında dəyərinin dörddə birini itirdiyi zaman müşahidə olunub. Bu ilin əvvəlindən lirə dollara nisbətdə demək olar ki, 19% ucuzlaşıb.