Türk nazir: Ermənistanla ikitərəfli reyslər bərpa olunacaqbackend

Türk nazir: Ermənistanla ikitərəfli reyslər bərpa olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın vaxtlarda Ermənistan və Türkiyə arasında ikitərəfli uçuşlar bərpa olunacaq.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və kommunikasiyalar naziri Adil Karaismailoğlu deyib.

“AirTurk” internet nəşrinin qeyd etdiyi kimi, türkiyəli nazir, xüsusən, Türkiyənin “Pegasus” aviaşirkətinin Ermənistana uçuşlara hazırlaşdığını bildirib.

Bundan əlavə, o vurğulayıb ki, Ermənistan tərəfində də belə uçuşları həyata keçirmək istəyən aviaşirkət var.